Xəzər Xəbər

Tabutdan gələn qəribə səslərə görə dəfn mərasimi dayandırıldı

Dünya | 12:41 • 18 Dekabr 2018
Tabutdan gələn qəribə səslərə görə dəfn mərasimi dayandırıldı

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində qəribə hadisə baş verib. Tabutdan gələn qəribə səslər üzündən dəfn mərasimi yarımçıq saxlanılıb.

Virtualaz.org "Daily Mail” nəşrinə istinadən xəbər verir ki, tabutu daşıyan maşının sürücüsü 64 yaşlı mərhum qadının qohumlarına qəribə səslər eşitdiyini deyib. Dəfn mərasimi yarımçıq saxlanılaraq, maşını birbaşa xəstəxanaya sürüblər.

Burada qadını bir daha müayinə edən həkimlər onun artıq 24 saatdır ki, həyatda olmadığını təsdiqləyiblər. Tibb işçiləri əlavə ediblər ki, tabutdan gələn səslərə səbəb isə səs tellərini tənzimləyən əzələlərin boşalması ola bilərdi.


Xəbər lenti