Xəzər Xəbər

V4 sakinləri Yeni il ərəfəsində haraya getməyi xoşlayırlar...

Dünya | 18:17 • 10 Dekabr 2018
V4 sakinləri Yeni il ərəfəsində haraya getməyi xoşlayırlar...

"Vışeqrad dördlüyü” ölkələrinin əksər sakinləri il ərzində topladıqları vəsaiti Milad və Yeni il günlərində başqa ölkələrdə xərcləməyə üstünlük verirlər. Həmin ölkələrdən olan turistlərin ilin bu dövründə ən çox səfər etdikləri şəhərlərin reytinqində ilk yerləri Paris, London və Dubay, ekzotik məzuniyyət üçün ən ideal yerlərin siyahısında isə birinci yeri Banqkok tutur.


AZƏRTAC xəbər verir ki, Mərkəzi Avropa sakinlərinin məzuniyyət keçirmək üçün üstünlük verdiyi yerlər barədə bu nəticə "Letuška.cz” serveri vasitəsilə aviabiletlər satışı haqqında məlumatlara əsaslanır.


Populyarlığa görə dördüncü, beşinci və altıncı yerləri Frankfurt, Vyana və Amsterdam tutur. "Invia.cz” turizm agentliyinin məlumatına görə, V4 ölkələrinin bu il Milad xaçaturan axşamını (Soçelnik, 24 dekabr) və ya Yeni ili xaricdə qeyd etməyə hazırlaşan sakinlərinin sayı keçənilki ilə müqayisədə 20 faiz çoxdur.


2018-ci ildə Milad xaçaturan axşamını Birləşmiş Ərəb Əmirliklərində qeyd etmək niyyətində olanların sayı isə 2017-ci ildəki ilə müqayisədə təqribən 6 dəfə çoxdur.


Həmin sakinlərin sevimli istirahət yerləri arasında Misir və Tunis də var.

Xəbər lenti