Ermənistanda dövlət qurumlarında işləyən xeyli sayda məmur Yeni il bayramından sonra kütləvi şəkildə işdən çıxarılacaq.
"Report” xəbər verir ki, bunu "Jamanak” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, çox sayda məmura dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra işsiz qalacaqları barədə xəbərdarlıq edilib.
"Diaspor, Mədəniyyət, Xarici işlər, İdman və gənclərlə iş üzrə nazirliklərin əməkdaşları işsiz qalacaqları barədə məlumatlandırılıblar”, - yazıda vurğulanıb.