Xəzər Xəbər

Hindistanda “Qaca” 11 nəfəri öldürdü

Dünya | 11:37 • 16 Noyabr 2018
Hindistanda “Qaca” 11 nəfəri öldürdü

Ərazidə xilasedicilər işləyir.

Hindistanın tüğyan edən "Qaca" qasırğası Tamilnad ştatında insan tələfatı və fəsadlara yol açıb.

Təbii fəlakət nəticəsində 11 nəfər ölüb.

Məlumata görə, 76 mindən çox adam təxliyə edilib, onlar 300 müvəqqəti məntəqədə yerləşdirilib. Evlərə ziyan dəydiyi, ağacların aşdığı bildirilir. Ərazidə xilasedicilər işləyir.

Qeyd edilir ki, güclü küləklə müşayiət olunan leysan yağışları artıq ikinci gündür ki, davam edir.

Ştatın 7 rayonunda qasırğa səbəbindən dərslər dayandırılıb.(trend.az)

Xəbər lenti

Çox oxunanlar