Xəzər Xəbər

ABŞ 1 trilyon dollar yandıracaq! DÜNYA ŞOKDA

Dünya | 10:24 • 20 Oktyabr 2018
ABŞ 1 trilyon dollar yandıracaq!
Proses 2019-ci ilin sonuna qədər baş verəcək.

"Vatan” qəzeti xəbər verir ki, ABŞ 2008-ci ildəki iqtisadi böhrana qədər 870 milyard dollar pul kəsib, lakin bu göstərici həmin vaxt bir neçə il ərzində dörd trilyonu keçdi.

"Quantitative Easing” (QE) adı verilmiş bu əməliyyatı digər nüfuzlu mərkəzi banklar tərəfindən də təkrarlanmışdı.

2016-cı ildən faizləri artırmağa başlamış ABŞ 2017-ci ilin sonundan etibarən tədavülə buraxılmış pulların geri çəkilməsinə yönəlmiş "Quantitative Tighting” əməliyyatına başladı.

ABŞ Mərkəzi Bankı – FED-in o vaxtkı sədri Cenet Yellen açıqlamasında bu əməliyyatın növbəti böhranda faizləri endirib, pul buraxılmasına xidmət etdiyini demişdi.

"Pul yandırma” əməliyyatı çərçivəsində 2017-ci ilin oktyabr-noyabr-dekabr aylarında bazardan hər ay 10 milyard dollar çıxarıb.
2018-ci ilin birinci yarısında bu məbləğ ayda 20, ikinci yarısında 30, üçüncü yarısında isə 40 milyard dollar oldu.

Oktyabr ayından geri çəkiləcək pulun miqdarının isə 50 milyard dollar olacağı bildirilir.

Bu gedişlə FED 2019-ci ilin sonuna qədər bir trilyon dollar pul "yandıracaq”.

Statistikaya görə, 2018-ci ilin əvvəlində dünya birjasında 10 trilyon dollar itki müşahidə olunub.

"QE” əməliyyatının digər bir mənfi cəhəti isə Argentina, CAR, Türkiyə, Hindistan kimi inkişafda olan ölkələrin milli valyutalarını zəiflətməsidir./AzNews.az

Xəbər lenti