Xəzər Xəbər

Camalın konsulluqda öldüyü rəsmən təsdiqləndi

Dünya | 09:53 • 20 Oktyabr 2018
Camalın konsulluqda öldüyü rəsmən təsdiqləndi
Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib.


Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, orada bir neçə nəfər arasında münaqişə yaranıb və dava jurnalistin ölümünə səbəb olub.

Baş prokuror hazırda faktla bağlı aradırmanın aparıldığını, cinayət işi üzrə 18 Səudiyyə vətəndaşının istintaqa cəlb olunduğunu açıqlayıb.

Xatırladaq ki, oktyabrın 2-də "The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib./azvision.az

Xəbər lenti

Çox oxunanlar