Xəzər Xəbər

Abort sifarişli qətldir Papadan ŞOK AÇIQLAMA

Dünya | 15:34 • 11 Oktyabr 2018
Abort sifarişli qətldir

Romada qadınların abort etdirməsinə qarşı qəti tədbirlərin görülməsini tələb edən Roma papası abortu sifarişli qətllərlə eyniləşdirib.

Romada Müqəddəs Pyotr meydanına gələn on minlərlə insan qarşısında çıxış edən Roma papası problemlərin həlli üçün insanların həyatına son verməyin əleyhinə olduğunu deyib:

"Digər hüquqların qorunması, problemlərin həll olunması üçün bətndə hələ doğulmamış insan həyatlarının basdırılması nə qədər düzdür? Mən sizdən soruşuram. Bir problemi həll etmək üçün insan həyatını almaq doğrudurmu? Bu hansısa bir problemi həll etmək üçün muzdlu qatil tutub ölüm sifariş vermək deməkdir. Buna son verin, bir insanın ölümü heç bir problemin həlli ola bilməz".

Artıq Argentinada Katolik piskopos abortlarla mübarizədə yeni kreativ çıxış yollarının tapılmasına çalışdıqlarını deyib./publika.az

Xəbər lenti