Xəzər Xəbər

İran-İraq sərhədində silahlı toqquşma - 2 terrorçu ələ keçirilib, bir İran sərhədçisi şəhid olub

Dünya | 12:09 • 10 Oktyabr 2018
İran-İraq sərhədində silahlı toqquşma -

İran-İraq sərhədində terrorçu qruplaşma ilə sərhədçilər arasında silahlı toqquşma baş verib.


AZƏRTAC İran Sərhəd Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, İranın Kürdüstan vilayətinin Mərivan bölgəsində bir qrup silahlı terrorçu qanunsuz yollarla sərhədi keçib İran ərazisinə daxil olmağa cəhd ediblər. Lakin sərhədçilər sərhədi pozan silahlıları təqib ediblər. Aşkar olunduqlarını başa düşən terrorçular sərhədçiləri atəşə tutublar. Silahlı toqquşma nəticəsində 2 nəfər terrorçu yaralı olaraq ələ keçirilib, digərləri isə sərhədin dağlıq hissəsinə qaçaraq gizlənə biliblər. Atışmada bir İran sərhədçisi şəhid olub.


Qeyd edək ki, terrorçulara məxsus silah-sursat və partlayıcı maddələr də müsadirə olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar