Xəzər Xəbər

“Maykl” fırtınası dördüncü kateqoriyaya qədər güclənib

Dünya | 12:09 • 10 Oktyabr 2018
“Maykl” fırtınası dördüncü kateqoriyaya qədər güclənib

Meksika körfəzi ilə Floridaya doğru hərəkət edən "Maykl” fırtınası 5 ballıq Saffir-Simpson cədvəli üzrə dördüncü kateqoriyaya qədər güclənib.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, hökumət orqanlarının məlumatına əsasən, fırtına Meksika körfəzinin şimal-şərqinə insanların həyatı üçün təhlükə yaradan böyük dalğalar, güclü külək və yağıntı gətirə bilər.


Hazırda Florida ştatının Apalaçikola şəhərindən 275 kilometr cənub-qərbdə yerləşən "Maykl” fırtınası saatda 18 kilometr sürətlə şimala doğru irəliləyir. Təbii fəlakət zonasında küləyin sürəti saatda 210 kilometrə çatır.


Yaxınlaşan fırtına ilə bağlı Alabama və Florida ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub. ABŞ Prezidenti Donald Tramp bildirib ki, hakimiyyət orqanları "Maykl” fırtınasının gəlişinə hazırdır. O, həmçinin Florida ştatına federal yardım ayrılmasına dair göstəriş verib.


Xatırladaq ki, oktyabrın 8-də "Maykl” fırtınası Salvador, Nikaraqua və Honduras sahillərini vurub. Təbii fəlakət Mərkəzi Amerikada azı 13 nəfərin həyatına son qoyub.


Xəbər lenti