Xəzər Xəbər

Koreya lideri parlamenti KXDR ilə razılaşmanı təsdiqləməyə çağırıb

Dünya | 09:59 • 10 Oktyabr 2018
Koreya lideri parlamenti KXDR ilə razılaşmanı təsdiqləməyə çağırıb

Koreya Respublikasının Prezidenti Mun Ce-in ölkə parlamentini Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə əldə olunmuş razılaşmanı ratifikasiya etməyə çağırıb.


Xezerxeber.az xəbər verir ki, Mun Ce-in Koreya yarımadasında şəraitin sürətlə dəyişməsinə baxmayaraq, Milli Assambleyanın bu məsələyə dair fəaliyyətində tərpəniş olmadığını, parlamentin apreldə Şimali Koreya ilə əldə edilmiş razılaşmanın ratifikasiyası üçün müvafiq komitəyə qanun layihəsi hazırlamağı belə tapşırmadığını deyib.


Mun Ce-in Milli Assambleyanı Koreya yarımadasında sülhün yeni tarixinin yazılmasında yaxından iştirak etməyə çağırıb. Onun müvafiq bəyanatı parlamentdəki "Bareunmirae” müxalifət partiyasının Koreyalararası sammitdə əldə olunan razılaşmaya zidd mövqeyini bildirməsindən sonrakı vaxta təsadüf edir.

Xəbər lenti