İtaliyanın Baş naziri Cüzeppe Konte ölkənin büdcə kəsirinin ÜDM-ə (ümumi daxili məhsul) nisbətinin 2019-cu ildə 2,4 faiz, 2020-ci ildə 2,1 faiz, 2021-ci ildə isə 1,8 faiz səviyyəsində müəyyən ediləcəyini söyləyib.
AZƏRTAC ANSA informasiya agentliyinə istinadla xəbər verir ki, Baş naziri Cüzeppe Konte İtaliyanın büdcə kəsirinin ÜDM-ə olan nisbətinin 2021-ci ildə mövcud 130,9 faizdən 126,5 faizə düşəcəyini diqqətə çatdırıb.
Onun Baş nazirin müavini, daxili işlər naziri Matteo Salvini, əmək və sənaye naziri Luici Di Mayo, iqtisadiyyat və maliyyə naziri Covanni Tria, xarici işlər naziri Entso Moavero və Nazirlər Kabinetinin katibi Cankarlo Corcetti ilə büdcə və iqtisadi layihənin yenilənməsi ilə bağlı danışıqlar apardığı bildirilir.