Xəzər Xəbər

Ər-Riyad Almaniyanı iki ölkə arasında əməkdaşlığı bərpa etməyə çağırıb

Dünya | 13:30 • 26 Sentyabr 2018
Ər-Riyad Almaniyanı iki ölkə arasında əməkdaşlığı bərpa etməyə çağırıb

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cübeyr Almaniyadan olan həmkarı Xayko Maası Ər-Riyada dəvət edib və iki ölkə arasında əməkdaşlığın bərpa olunmasını təklif edib.


Bu barədə məlumat krallığın xarici siyasət idarəsinin "Twitter” səhifəsində yerləşdirilib. Adil Əl-Cübeyr yazıb: "Bütün sahələrdə möhkəm əməkdaşlığın yeni mərhələsinə başlamaq üçün Almaniyanın xarici işlər nazirini Ər-Riyada dəvət edirəm. Bu, ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edəcək”.


Xatırladaq ki, iki ölkə arasında əlaqələr bu ilin əvvəlində Almaniyanın Səudiyyə Ərəbistanının Yəməndə müharibədə iştirak etdiyi üçün bu ölkəyə silah ixracının dayandırılması barədə qərarından sonra pozulmuşdu. Bu qərar rəsmi Ər-Riyadın mənfi reaksiyasına səbəb olmuş və bundan sonra Səudiyyə Ərəbistanı Almaniya şirkətləri ilə əməkdaşlıqdan imtina etmişdi. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar