Xəzər Xəbər

"Ukrayna vətəndaşlarına Macarıstan pasportunu verənlər “persona non grata” elan edilməlidir"

Dünya | 13:49 • 26 Sentyabr 2018
"Ukrayna vətəndaşlarına Macarıstan pasportunu verənlər “persona non grata” elan edilməlidir"

Zakarpatye vilayətində Ukrayna vətəndaşlarına Macarıstan pasportunu verən insanların hamısı "persona non grata” elan edilməli və ölkədən çıxarılmalıdır. AZƏRTAC xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Ukraynanın sabiq xarici işlər naziri Vladimir Oqrızko söyləyib. Onun sözlərinə görə, Zakarpatye vilayətində macarlar yox, macar əsilli Ukrayna vətəndaşları yaşayır. Təxminən 100 min Ukrayna vətəndaşına Macarıstan pasportunun verilməsi Ukrayna Konstitusiyasının kobud şəkildə pozulmasıdır.


Sabiq XİN rəhbəri hesab edir ki, Ukrayna hökuməti bu ciddi problemi NATO, Avropa İttifaqı qarşısında qaldırmalıdır. Bu qurumların rəhbərlərinə çatdırılmalıdır ki, Ukraynanın milli təhlükəsizliyinə təhdidlər var.


Xatırladaq ki, bir müddət öncə Ukrayna KİV-lərində Macarıstanın Ukraynanın Zakarpartye vilayətindəki konsulunun ukraynalılara Macarıstan pasportları verdiyinin əks olunduğu video yayılıb. Bundan sonra Ukrayna xarici işlər naziri Klimkin Macarıstanla bağlı kəskin bəyanat verib. Bunun qarşılığında Macarıstan xarici işlər naziri Peter Siyarto Ukraynanın atacağı hər hansı addıma ölkəsinin tutarlı cavab verəcəyini bildirib.

Xəbər lenti