Xəzər Xəbər

İsrail səfiri Rusiya XİN-ə çağırıldı

Dünya | 14:49 • 18 Sentyabr 2018
İsrail səfiri Rusiya XİN-ə çağırıldı

İsrailin Moskvadakı səfiri Harri Koren Rusiya XİN-ə çağırılıb.


Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu, Aralıq dənizinin üzərində Rusiyanın "İl-20” hərbi təyyarəsinin vurulması ilə bağlıdır.


Xatırladaq ki, Suriya ordusu S-200 kompleksindən səhvən Rusiya təyyarəsini vurub. Nəticədə, 15 hərbçi həlak olub. Rusiya MN baş vermiş hadisəyə İsrailin "F-16” hərbi təyyarələrinin təxribatçı hərəkətlərinin səbəb olduğunu bildirib.

Xəbər lenti

Çox oxunanlar