Xəzər Xəbər

Ağ ev “The Washington Post”un jurnalistini məhkəməyə verə bilər

Dünya | 12:34 • 11 Sentyabr 2018
Ağ ev “The Washington Post”un jurnalistini məhkəməyə verə bilər

Ağ ev Donlad Tramp administrasiyasına qara yaxan "Qorxu. Tramp Ağ evdə” kitabına görə "The Washington Post” qəzetinin redaksiya heyətinin üzvü Bob Vudvordu məhkəməyə verəcəyini istisna etməyib.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirilən brifinqdə bildirib.


Vudvordun sentyabrın 11-də satışa çıxarılacaq kitabında administrasiya nümayəndələrinin sitatlarının dərc olunması məhkəmə işinə əsas ola bilər. Çünki prezident aparatının əməkdaşları kitabda yer alan ifadələri işlətmədiklərini bildiriblər. Sanders bunu "məsuliyyətsiz yaradıcılıq” adlandırıb. O, əsasən də kitabda adları çəkilən ABŞ-ın müdafiə naziri Ceyms Mettisin, Ag ev aparatının rəhbəri Con Kellinin və prezidentin sabiq vəkili Con Daudun onlara aid edilən sitatları qətiyyətlə rədd etdiklərini deyib.

Xəbər lenti