ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) baş müfəttişi Pentaqonun mətbuat katibi Dana Uayta qarşı daxili istintaq prosesi başladıb. XəzərXəbər CNN telekanalına istinadən xəbər verir ki, Uayt vəzifə
səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. O, öz
işçilərinə xidməti vəzifəsinə aid olmayan tapşırıqlar verib. Bura
həmçinin, öz şəxsi əşyalarının kimyəvi təmizləməyə verilməsi,
dərmanların alınması və banklardan kreditlər götürülməsi üçün sənədlərin
doldurulması və tərtibi də daxildir.
Bu cür qeyri-xidməti
işlərə məcbur edilən əməkdaşlar Uaytdan şikayət etdikdən sonra, mətbuat
katibi onları Pentaqonun mətbuat xidməti departamentində baş vəzifələrə
keçirib.
Lakin Pentaqonda məsələni şərh etmək istəməyiblər. "Gedən yoxlamanı biz şərh edə bilmərik”, – deyə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisinin müavini Çarlz Sammers bildirib.