Xəzər Xəbər

Yaponiyada istilər 138 nəfərin ölümünə səbəb olub

Dünya | 15:20 • 8 Avqust 2018
Yaponiyada istilər 138 nəfərin ölümünə səbəb olub

Yaponiyadakı anomal istilər nəticəsində son 3 ayda bu ölkədə 138 nəfər həyatını itirib.


Xezerxeber.az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, Yaponiya Fövqəladə Hallar Agentliyi hazırladığı hesabat bildirib ki, aprel 30-dan başlayaraq istidən ölənlərin sayı artıb. Bundan başqa 71 min 266 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Agentlik hesabatında qeyd edib ki, ölkə tarixində ilk dəfədir Yaponiya hökuməti bu cür statistika ilə qarşılaşır.


Qeyd edək ki, Yaponiyada sonuncu dəfə 40 dərəcə temperaturdan artıq istilər 2013-cü ildə qeydə alınıb. O vaxt xəstəxanaya müraciət edənləri sayı 58 min 729 nəfər olub.

Xəbər lenti