Xəzər Xəbər

Pakistanda ağır qəza: 14 ölü, 34 yaralı var

Dünya | 10:38 • 5 Avqust 2018
Pakistanda ağır qəza: 14 ölü, 34 yaralı var

Pakistanın şimalındakı Kohat əyalətində baş verən yol qəzası nəticəsində azı 14 nəfər ölüb, 34 nəfər yaralanıb.


Xezerxeber.az RİA Novosti agentliyinə istinadən bildirir ki, bu barədə "Dawn” qəzeti məlumat yayıb.


Məlumatda bildirir ki, qəza avtobusun neftdaşıyan maşın ilə toqquşması nəticəsində baş verib. Qəzanın səbəbləri hələlik məlum deyil.


Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Onların əksəriyyətinin vəziyyəti ağırdır.


Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti