Kanadada anomal istidən ölənlərin sayı 54 nəfərə çatıb.
Bu barədə yerli CBC telekanalı Səhiyyə Nazirliyinə istinadən məlumat verib.
Nazirlikdən bildiriblər ki, ölənlərin sayının artacağı istisna olunmur.
Kanadanın Kvebek əyalətində bir həftəyə yaxındır kı, anomal istilər davam edir.