Xəzər Xəbər

Zimbabve prezidentinə sui-qəsd törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Dünya | 14:34 • 4 İyul 2018
Zimbabve prezidentinə sui-qəsd törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Zimbabve Prezidenti Emmorson Mnanqaqvaya sui-qəsd törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.


Zimbabve polisi saxlanılan şəxslərlə bağlı istintaq işinin başlandığını bildirib. Sui-qəsd törətməkdə şübhəli bilinənlər Bulavyo şəhərinin sakinləri Duqlas Musekiva və John Zuludur. Onlar sui-qəsdi kustar üsulla hazırlanmış mina ilə törədiblər.


Xatırladaq ki, sui-qəsd bir neçə gün əvvəl Zimbabve Prezidentinin Bulavyo şəhərindəki "Ağ Şəhər” stadionunda seçki mitinqi keçirdiyi zaman törədilib. Hadisə zamanı dövlət başçısı xəsarət almasa da, 49 dinc sakin ölüb. Bundan başqa, ölkənin vitse-prezidenti və ətraf mühit naziri yaralanıb.

Xəbər lenti