Xəzər Xəbər

Pakistanda şiddətli yağışlar üç nəfərin ölümünə səbəb olub

Dünya | 12:38 • 3 İyul 2018
Pakistanda şiddətli yağışlar üç nəfərin ölümünə səbəb olub

Pakistanın şimal-şərqindəki Pəncab əyalətində şiddətli yağışların səbəb olduğu sel nəticəsində 3 nəfər həyatını itirib.

Xezerxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, meteoroloqlar musson yağışlarının iyul ayı boyunca davam edəcəyini bildiriblər.

Qeyd edək ki, Pakistanın bəzi bölgələrində musson yağışı iyul və sentyabr aylarında daha çox yağır. 2010-cu ildə Hind çayının daşması nəticəsində Pakistan tarixində ən böyük daşqın fəlakətinə məruz qalıb. Fəlakət nəticəsində 2 min nəfər həlak olub, 20 milyon insan zərər çəkib.

Xəbər lenti