Xəzər Xəbər

İŞİD terrorçuları məhv edildi, aralarında Anas əl-İraqi də var

Dünya | 12:38 • 3 İyul 2018
İŞİD terrorçuları məhv edildi, aralarında Anas əl-İraqi də var

İraq təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Kərkük əyalətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.


Trend-in məlumatına görə, əməliyyat nəticəsində 14 nəfərdən ibarət qrup zərərsizləşdirilib.


Eyni zamanda qrupun rəhbəri Əbu Anas əl-İraqi də məhv edilib. Qeyd olunur ki, bu qruplaşma bir neçə hücumun və insan oğurluğunun təşkilində iştirak edib.


Əməliyyat zamanı xəritələr və mümkün terror aktlarının planları aşkar edilib.

Xəbər lenti