Xəzər Xəbər

Xırdalanda dəhşətli cinayət — Qardaş bacısının gəzdiyi kişini döyərək öldürdü

Dünya | 14:43 • 30 İyun 2018
Xırdalanda dəhşətli cinayət

Xırdalan sakini qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən XəzərXəbər-ə  bildirilib ki, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub.

Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmar aparılır.

Xəbər lenti