Xəzər Xəbər

ABŞ-ın dövlət katibi ilə görüşdə Sarkisyanla səhv salındı – GÜLÜNC HADİSƏ

Dünya | 14:38 • 30 İyun 2018
ABŞ-ın dövlət katibi ilə görüşdə Sarkisyanla səhv salındı
Ermənistanın prezidenti Armen Sarkisyan Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşündə gülünc hadisə baş verib.

Ermənistan prezidentinin mətbuat xidməti görüşlə bağlı rəsmi saytda yayımladığı məlumatda hazırki prezident Armen Sarkisyanla keçmiş prezident Serj Sarkisyanın adını səhv salıb.

"29 iyunda prezident Serj Sarkisyan ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb”, - deyə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Sonradan məlumatda düzəliş edilsə də, bu, jurnalistlərin gözündən yayınmayıb./publika

Xəbər lenti