Türkiyədə keçirilən
parlament seçkilərinin ilkin nəticələrinə əsasən, 1999-cu ildən sonra
ilk dəfə Türkiyə Böyük Millət Məclisində (TBMM) 5 partiya təmsil
olunacaq. TBMM-də Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət
Xalq Partiyası (CHP), Milliyətçi Hərəkat Partiyası (CHP), Xalqların
Demokratik Partiyası (HDP) və İYİ Partiya təmsil olunma hüququ qazanıb.
Seçkinin
nəticələrinə görə, TBMM-də AKP-nin 292, CHP-nin 147, HDP-nin 66,
MHP-nin 49, İYİ Partiyanın 46 millət vəkili olacaq. Cumhur ittifaqı 340,
Millət İttifaqı isə 193 millət vəkili ilə TBMM-də mandat qazanıb.
Millət İttifaqına daxil olan Səadət partiyası, ittifaqın seçki barajını
aşmasına baxmayaraq, TBMM-də təmsilçilik hüququ qazana bilməyib.
Qeyd edək ki, 16 aprel konstitusiya dəyişikliyi referendumundan sonra TBBM-də millət vəkillərinin sayı 550-dən 600 yüksəlib.