Xəzər Xəbər

İran Şimali Koreyaya xəbərdarlıq etdi

Dünya | 14:28 • 11 İyun 2018
İran Şimali Koreyaya xəbərdarlıq etdi

İranın Xarici İşlər Nazirliyi Şimali Koreyaya xəbərdarlıq edib.

Trend-in məlumatına görə, İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi KXDR lideri Kim Çen Ina xitabən deyib ki, ABŞ beynəlxalq hüquq normalarını pozmağa öyrəşib.

Qasıminin sözlərinə görə, bu ölkədən yaxşı heç nə gözləmək olmaz.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp arasında görüş iyunun 12-də Sinqapurda baş tutacaq.

Xəbər lenti