Xəzər Xəbər

Diktator prezidenti aldatmağa çalışsa: MÜHARİBƏ OLACAQ

Dünya | 15:26 • 21 May 2018
Diktator prezidenti aldatmağa çalışsa:

ABŞ-la Şimali Koreya arasında münasibətlər düzəlmədən daha bir gərginlik dönəmi başlayır.

"Əgər Şimali Koreya nüvə proqramına dair danışıqlardan çəkilərsə, ABŞ diplomatik metodlardan imtina etməli olacaq".

Bu fikri Respublikaçılar Partiyasından olan senator Lindsi Qrema səsləndiirb.

Senatorun fikrincə, bu halda problemin yeganə həll yolu kimi hərbi həll seçiləcək.

Siyasətçi bildirib ki, hərbi yol iki halda da mümkün olacaq: "Əgər onlar danışıqlara gəlməsələr və ya gəlib prezident Trampı aldatmağa cəhd etsələr, hərbi həll yolu seçiləcək. Bu isə o deməkdir ki, problemin yeganə həll yolu hərbi yol olacaq, bunda isə biz yox, onlar uduzacaq".

Senator onu da diqqətə çatdırıb ki, prezident Tramp Şimali Koreya ilə olan problemi yoluna qoymaqda israrlı olduğunu ona şəxsən deyib: "Prezident çalışır ki, danışıqlardan iki tərəf də udsun. Biz onları nüvə proqramından çəkindirməyə çalışırıq". /cebhe

Xəbər lenti