Xəzər Xəbər

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Dünya | 09:47 • 17 May 2018
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeoya "Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında" müqavilənin müddəalarının pozulması ilə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalar planını hazırlamağı tapşırıb.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

Məlumata əsasən, Rusiya Federasiyası hökumətinin üzvləri daxil olmaqla müqavilənin müddəalarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı maliyyə və viza qadağaları tətbiq ediləcək.

Qeyd edək ki, "Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında” müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb. Rusiya və ABŞ dəfələrlə bir-birini sazişin pozulmasında günahlandırıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar