Xəzər Xəbər

Tramp: “Bu, fəlakətə gətirib çıxarardı”

Dünya | 13:11 • 11 May 2018
Tramp:

ABŞ nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxışdan sonra İranla "daha yaxşı saziş” bağlamaq istəyir.

Bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Birgə hərtərəfli İş Planı nüvə silahının İranın əlinə düşməsinin qarşısını ala bilməzdi və Yaxın Şərqdə maliyyə imkanları yaxşı olan başqa ölkələr nüvə silahı əldə etmək üçün imkanlar axtarmağa başlayacaqdılar.

"Bu, fəlakətə gətirib çıxarardı”, - Tramp deyib.

O vurğulayıb ki, Vaşinqton nüvə silahına malik olmasına icazə verməmək üçün Tehrana qarşı ən sərt sanksiyaları tətbiq edir. Amerika prezidenti qeyd edib ki, ABŞ "Tehranın yalanla məşğul olmadığına əmin olmaq üçün” İranın hərbi bazalarına giriş imkanına malik olmalıdır.

Qeyd edək ki, mayın 8-də Donald Tramp İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxmaq barədə qərar qəbul edib. Ağ Evin başçısı hesab edir ki, saziş İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə ala bilməyib./publika.az

Xəbər lenti