Şimali Koreya lideri
Kim Çen In ölkəsində nüvə və raket sınaqları aparılmasının
dondurulduğunu, nüvə poliqonunda işlərin dayandırıldığını bəyan edib.
Bu barədə Cənubi Koreyanın "Ryonxap" agentliyi məlumat yayıb.
"Aprelin 21-dən Şimali Koreya nüvə sınaqlarını və qitələrarası
ballistik raketlərin buraxılışını dayandıracaq. KXDR sınaqların
dayandırılmasına dair vədini təsdiq etmək üçün ölkənin şimalındakı nüvə
sınağı poliqonunu bağlayacaq", -deyə məlumatda bildirilib.
Qeyd edilib ki, qərar KXDR-in hakim partiyasının mərkəzi komitəsinin cümə günü keçirilən iclasında qəbul olunub.