İordan çayının Qərb sahilində yerləşən müxtəlif rayonlarda İsrail rejiminin həyata keçirdiyi əməliyyatlar nəticəsində 23 fələstinli həbs edilib.
Fələstinin "Maan" agentliyinin məlumatına görə, əməliyyatlar Əl-Amari qaçqın düşərgəsində, Əl-Bira, Ramalla, Əl-Xəlil şəhərlərində, Əl-Ərəb və Beyt-Əmr qəsəbələrində keçirilib.
Bundan əlavə, İsrail əsgərləri Əl-Xəlil
yaxınlığında yerləşən Arubqaçqın düşərgəsinə də hücum edərk gözyaşadrıcı
qaz qumbaralarından istifadə ediblər. Bir neçə nəfərin xəsarət aldığı
bildirilir. /faktxəbər