Xəzər Xəbər

Tailandda avtobus yük maşını ilə toqquşub, 19 nəfər ölüb

Dünya | 09:40 • 22 Mart 2018
Tailandda avtobus yük maşını ilə toqquşub, 19 nəfər ölüb

Tailandın şimal-şərqində yerləşən Nakxonratçasima əyalətində ikimərtəbəli avtobusun yük maşını ilə toqquşması nəticəsində 19 nəfər ölüb, 35 nəfər yaralanıb.


Xezerxeber.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, içində 50 sərnişinin olduğu avtobus Çantxaburi əyalətindən Sakonnakxona gedirmiş. Toqquşma nəticəsində avtobus aşıb, yük maşını isə ağaca çırpılıb. On beş nəfər yerindəcə ölüb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Avtobusun sürücüsü sağ qalıb. Qəzanın dəqiq səbəbi məlum deyil. Araşdırma davam etdirilir.

Xəbər lenti