Xəzər Xəbər

Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb

Dünya | 09:18 • 22 Mart 2018
Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb

Kabil Universiteti yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Xezerxeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Səhiyyə nazirliyinin məlumatında deyilir.

Bundan əvvəl 29 nəfərin öldüyü, 52 nəfərin isə yaralandığı bildirilirdi. Terrorçu-kamikadze özünü Novruz bayramını qeyd etməyə toplaşan insanların arasında partladıb.Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib

Xəbər lenti