Xəzər Xəbər

Perunun prezidenti istefaya gedir

Dünya | 09:17 • 22 Mart 2018
Perunun prezidenti istefaya gedir

Perunun prezidenti Pedro Pablo Kuçinski istefa ərizəsini ölkə parlamentinə təqdim edib.


Xezerxeber.az-ın RT-yə istinadən verdiyi xəbərə görə, dövlət başçısı istefası ilə əlaqədar xalqa müraciət edəcək.

Martın 15-də Peru parlamenti prezident Kuçinskinin impiçmenti prosesinin başlanmasının lehinə səs verib.

Qeyd edək ki, Braziliyanın "Odebrecht” tikinti şirkətinin Peru ərazisində korrupsiya sxemləri tətbiq etməsi Peruda böyük qalmaqala səbəb olub.

77 yaşlı Pedro Pablo Kuçinski 2016-cı ildə Peruda keçirilən prezident seçkilərinin 2-ci turunda qalib gəlib.

Xəbər lenti