Xəzər Xəbər

Tramp Tillersonu işdən çıxardı SON DƏQİQƏ

Dünya | 16:59 • 13 Mart 2018
Tramp Tillersonu işdən çıxardı
ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu tutduğu vəzifədən azad edib.


Bu barədə Tramp "Tvitter" səhifəsində məlumat yayıb. ABŞ prezidenti bildirib ki, Tillersonun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mayk Pompeo təyin olunub.

Tramp Tillersona təşəkkür edir, yeni dövlət katibinin fantastik iş görəcəyini vəd edib. Bundan əlavə ABŞ tarixində ilk dəfə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə qadın - Gina Haspel təyin edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti