Xəzər Xəbər

Çində yaz bayramı günlərində 3 milyarda yaxın səyahət qeydə alınıb

Dünya | 12:02 • 13 Mart 2018
Çində yaz bayramı günlərində 3 milyarda yaxın səyahət qeydə alınıb

Çində Ay təqvimi ilə qeyd olunan Yeni il bayramı və ya yaz festivalı dövründə ölkədə 2,97 milyard səyahət qeydə alınıb.


AZƏRTAC Çinin Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, 40 gün davam edən bayram festivalı dövründə qeydə alınan səyahətlərin sayı ötən ilki göstərici ilə təxminən eynidir. Bu müddətdə dəmir yolu, hava və avtomobil nəqliyyatı gücləndirilmiş rejimdə işləyir.


Qeyd edək ki, Çində ən əziz bayram hesab olunan yaz festivalı ilə əlaqədar əhalinin böyük hissəsi ölkə daxilində və xaricə gəzməyə gedirlər. Elə bu səbəbdəndir ki, festival günlərində nəqliyyatda böyük sıxlıq müşahidə olunur.

Xəbər lenti