Zərif:
İranın Suriyada hərbi bazası yoxdur
Dünya
|
11:31 • 19 Fevral 2018
İranın xarici işlər naziri Məhəmməd Cavad
Zərif ölkəsinin Suriyada hərbi bazasının olmadığını bildirib. XəzərXəbər-in "Sputnik" agentliyinə istinadən verdiyi məlumata görə,
jurnalistlərin mövzu ilə bağlı sualına cavab verən Zərif, "Yox, Suriyada
onlara (hərbi bazalara) sahib deyilik",-deyə bildirib.
Dünən Münhendə təhlükəsizlik konfransında çıxış edən İsrailin baş naziri
Benyamin Netanyahu iddia edib ki, İran Suriyadakı "Tartus" limanına
yerləşməyə çalışır və Təl-Əviv bu bazalarının yaradılmasını əngəlləmək
üçün lazım olanı edəcək.
İranın XİN rəhbəri isə konfransdakı çıxışında qeyd edib ki, ABŞ və
müttəfiqləri Yaxın Şərqdə öz yanlış qərarlarının nəticələrinə görə əzab
çəkir və Münhen təhlükəsizlik konfransı ilə digər beynəlxalq
konfransları siyasi isterikaları canlandırmaq məqsədilə istifadə edir.