Xəzər Xəbər

Rusiya XİN Suriyada çoxlu sayda rusiyalının ölməsi barədə xəbərlərə münasibət bildirib

Dünya | 17:52 • 15 Fevral 2018
Rusiya XİN Suriyada çoxlu sayda rusiyalının ölməsi barədə xəbərlərə münasibət bildirib

"ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın zərbəsi nəticəsində Suriyada 5 rusiyalının ölməsi mümkündür".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. "Yaralılar da var, lakin bütün bunlar yoxlanılmalıdır. Əlbəttə ki, həlak olanların Rusiya vətəndaşı olub-olmaması araşdırılır", - deyə o, söyləyib.


M. Zaxarova Suriyada ölənlərin Rusiya hərbi qulluqçuları olması ilə bağlı xəbərləri klassik dezinformasiya adlandırıb: "Bir daha qeyd etmək istəyirəm ki, burada Rusiya hərbi qulluqçularından söhbət getmir".

Qeyd edək ki, fevralın 7-də ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-ez-Zor bölgəsində kürdlərin nəzarət etdiyi əraziyə hücum edən Bəşər Əsəd tərəfdarlarına zərbələr endirib. Nəticədə hücum edən tərəf ciddi itkilərə məruz qalıb. "Bloomberg" agentliyi təxminən 200 nəfərin öldüyü barədə xəbər yayılıb. Ölənlərin bir qisminin "Vaqner qrupu" adlanan Rusiya özəl hərbi qurumunun muzdluları olduğu bildirilir.

Xəbər lenti