Xəzər Xəbər

Putin Netanyahunu Suriyanı bombalamağa qoymadı

Dünya | 14:18 • 15 Fevral 2018
Putin Netanyahunu Suriyanı bombalamağa qoymadı
İsrailin "F-16" qırıcısının Suriyada vurulmasından sonra region genişmiqyaslı müharibənin astanasındadır.

Bu sözləri CNN-ə müsahibəsində israilli ekspert Ronan Berqman bildirib.

O, əlavə edib ki, Moskvanın anında müdaxiləsindən sonra Təl-Əviv Suriyaya qarşı müdaxilələrdən vaz keçib.

Berqman deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu döyüş təyyarələrinə Suriya üzrə bütün hərbi obyektlərə zərbə endirmək barədə göstəriş versə də, Rusiya prezidenti Vladimir Putinin zəngindən sonra bu müdaxiləni dayandırıb. Putin Netanyahu ilə telefon əlaqəsi yaradaraq onun Suriyaya zərbə endirməyi dərhal dayandırmağı tapşırıb. Bundan sonra Netanyahu döyüş əmrini ləğv edib.

İsrailli ekspert əlavə edib ki, baş verənlər bir daha göstərib ki, Yaxın Şərqdə lider Amerika deyil, məhz Rusiyadır./faktxəbər

Xəbər lenti