Rusiya prezidenti
Vladimir Putin "An-148" sərnişin təyyarəsinin qəzaya uğraması
nəticəsində həlak olan şəxslərin yaxınlarına başsağlığı verib.
"RİA novosti" agentliyi xəbər verir ki, Putin qəzanın
səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasını
tapşırıb.
Qeyd edək ki, Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub.
Qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur.