MKİ:
KXDR ABŞ-a nüvə zərbəsi endirə bilər
Dünya
|
16:58 • 31 Yanvar 2018
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ)
rəhbəri Mayk Pompeo etiraf edib ki, Koreya Xalq Demokratik Respublikası
(KXDR) tezliklə ABŞ-a nüvə zərbəsi endirə bilər.
Bu barədə MKİ rəbəri BCC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, KXDR kontinental ballistik raket yaratmağa çox
sürətlə yaxınlaşır: "Bu ölkə bir neçə aydan sonra ABŞ-a nüvə silahları
ilə hücum edə bilər. Amerika kəşfiyyatı Kim Çen Indan gələn təhlükəni
artıq aydın şəkildə başa düşür"./FaktXəbər