Xəzər Xəbər

Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib

Dünya | 09:00 • 21 Yanvar 2018
Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib

Türkiyə Silahlı Qüvvələri əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə SQ Baş Qərargahının məlumatında bildirilir.

"Saat 19.30-a olan məlumata görə, PYD-yə məxsus 113 hədəfdən 108-i məhv edilib. Ölən və yaralananların hamısı terror təşkilatların üzvüdür”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Xəbər lenti

Çox oxunanlar