Xəzər Xəbər

Poroşenko gizli səyahət etdi: 3 kişi, 5 qadın... – Ölkə qarışdı

Dünya | 17:14 • 19 Yanvar 2018
Poroşenko gizli səyahət etdi:

Ukrayna Prezidenti Petro Poroşenkonun Yeni il istirahətini Maldiv adalarında keçirməsi ölkədə narazılıq yaradıb.

Dövlət başçısının harada istirahət etməsi ilə bağlı Ukrayna Prezidenti Administrasiyası məlumat yayıb:

"Prezident 2018-ci ili evində ailəsi ilə birlikdə keçirib. Daha sonra qısa müddət üçün Maldiv adalarına yollanıb. İstirahətin maliyyəsini prezident şəxsi hesabından ödəyib”.

Məlumatlara görə, Poroşenko Maldiv adalarına "Falkon 7X” tipli özəl təyyarəsi ilə gedib. Təyyarədə 3 kişi, 5 qadın olub. Onlar yanvarın 2-dən 8-dək "Çeval Blank” otelində qalıblar.

Poroşenko adının gizli saxlanılması üçün Cənab Petro İnkoqnito ləqəbindən istifadə edib.

Bu istirahət üçün Ukrayna prezidenti 1,5 milyon qrivin (500 min dollar) pul xərcləyib./teleqraf.com

Xəbər lenti

Çox oxunanlar