Xəzər Xəbər

Meksika təşviş yaşayır Son saatlarda 7 zəlzələ

Dünya | 15:34 • 13 Dekabr 2017
Meksika təşviş yaşayır

Gecə saatlarından başlayaraq bu gün Meksikanın Gerrero və Oaxaka şəhərlərində 4.0-4,2 bal gücündə olmaqla 7 zəlzələ baş verib.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar müxtəlif saatlarda hiss olunub.

Zəlzələlər nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat verilməyib.

Sonuncu təkanlar 1 saat öncə 4 bal gücündə yerin 59 kilometr dərinliyində qeydə alınıb.

Yeraltı təkanların gün ərzində davam edə biləcəyi istisna olunmur.

Xəbər lenti

Çox oxunanlar