Rusiya prezidenti Vladimir Putin futbol üzrə dünya çempionatının final mərhələsinin rəsmi püşkatmasının iştirakçısı olacaq.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, püşkatma mərasimi dekabrın 1-də Dövlət Kreml Sarayında keçiriləcək. Mərasimə dünya çempionatının 32 iştirakçı komandasından 30-nun baş məşqçisi də daxil olmaqla, 1300-dən çox qonaq dəvət edilib. Püşkatma nəticəsində hər bir qrupun tərkibi və oyunların (ilk 48 matçın) təqvimi müəyyənləşəcək.