Xəzər Xəbər

Paksitanda daha bir partlayış: 4 ölü, 16 yaralı

Dünya | 13:24 • 25 Noyabr 2017
Paksitanda daha bir partlayış:

Pakistanda növbəti dəfə partlayış baş verib.

Hadisə Pakistanın şimal-qərbində yerləşən Kvetta şəhərində qeydə alınıb. Naməlum şəxslər avtomobilə quraşdırdıqları partlayıcı qurğunu işə salıblar. Nəticədə ən azı dörd nəfər həlak olub, 16 nəfər isə ağır yaralanıb.

Yaralılar dərhal yerli xəstəxanaya çatdırılıb. Polisin məlumatına görə, nəqliyyat vasitəsi təhlükəsizlik qüvvələrinin yanında partladılıb. Hələlik heç bir terror qruplaşması partlayışla bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Xəbər lenti