Xəzər Xəbər

ABŞ İŞİD-dən sonra da Suriyadan çıxmaq istəmir

Dünya | 13:21 • 23 Noyabr 2017
ABŞ İŞİD-dən sonra da Suriyadan çıxmaq istəmir

İŞİD terror təşkilatının məhvindən sonra belə ABŞ hökuməti Suriyanın şimalında öz hərbi varlığını saxlamaq niyyətindədir və bunu İran tərəfindən dəstəklənən hökumət qüvvələrinin həmin ərazidə nəzarətinin bərpasına imkan verməmək üçün edəcək. Bu barədə The Washington Post xəbər yayıb.

Məqalədə bildirilir ki, İŞİD-in məğlubiyyəti tezliklə qaçınılmaz ola bilər, beləliklə də amerikalı hərbçilər respublika ərazisində qalmağın qanuni əsasını itirəcəklər. Amerikalı əsgərlərin çıxarılması prezident Bəşər Əsədin hərbi qüvvələrinə bu rayonlarda nəzarəti bərpa etməyə imkan verəcək. Bu da Suriya liderinin «siyasi yaşamının» zəmanəti olacaq, hansı ki Tehran da bunu istəyir.

«Bunun qarşısını almaq üçün ABŞ-ın məsul şəxsləri amerikalı qoşunların SDQ silahlılarını hazırladıqları Suriyanın şimalında qoşunlarının mövcudiyyətini saxlamağı planlaşdırırlar», - deyə mətndə bildirilir. Bundan əlavə vurğulanır ki, Vaşinqton orda Dəməşqə aidiyyatı olmayaq yeni idarəetmə strukturları yaratmaq istəyir.

Qeyd edək ki, əsasən kürdlərdən təşkil olunan SDQ bölmələrinin dəstəyi həmçinin Əsədə təzyiq göstərməyə və BMT-nin himayəsi ilə keçirilən Cenevrə danışıqlarında onu güzəştə məcbur etməkdir.

Bundan əvvəl Pentaqondan bildirilmişdi ki, Suriyada hazırda ABŞ-dan 503 hərbçi var./Faktxəbər

Xəbər lenti