Ötən gün Fransanın Nitsa şəhərində saxlanılan Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov 5 milyon avro məbləğində zəmanətlə azadlığa buraxılıb.
Xezerxeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nitsa şəhər prokuroru Jan-Mişel Pretr bildirib.
Eyni zamanda S.Kərimova Fransanı tərk etmək qadağan edilib.
Qeyd edək ki, "Nafta-Moskva" şirkətinin sahibi, 51 yaşlı SüleymanKərimov vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur."Forbes” jurnalına əsasən, S.Kərimovun sərvəti 2016-cı ildə 1.6 milyard dollar təşkil edib.