Xəzər Xəbər

Pekində güclü yanğın: 19 ölü

Dünya | 11:35 • 19 Noyabr 2017
Pekində güclü yanğın:

Pekində yanğın nəticəsində 19 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Hadisə ötən gün saat 18.00 radələrində Dasin rayonu Sintszyan qəsəbəsində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər 3 saat sonra yanğını söndürə biliblər.

Məlumata görə, yanğın qanunsuz sənaye istehsalat müəssisəsində baş verib, hadisədə günahı olduğu ehtimal edilən şəxslər saxlanılıb./publika.az

Xəbər lenti