Xəzər Xəbər

59 yaşlı direktor müavinindən qız şagirdlərə qarşı İYRƏN ƏMƏL: 8 məktəblini...

Dünya | 13:45 • 11 Noyabr 2017
59 yaşlı direktor müavinindən qız şagirdlərə qarşı

Direktor müavini 8 məktəblini cinsi istismara məruz qoyduğuna görə həbs edilib.

Hadisə Türkiyənin Ədirnə şəhərində baş verib.

Lisey müdirinin müavini 59 yaşlı E.Y. məktəbdəki 8 qız şagirdi cinsi istismara məruz qoymaqda ittiham olunub.

Qızlar hadisə barədə məktəbdə bir müəllimə danışıblar. Müəllim də məktəb rəhbərinə bu barədə məlumat verib. Ölkənin Təhsil Nazirliyinin məktəbdə araşdırma aparmasından sonra hadisə barədə polisə məlumat verilib.

Polisin araşdırmasının nəticəsini prokurorluğa təqdim edib. Məhkəmə qərarı ilə direktor müavini həbs olunub.

E.Y.-nin iki övladı və bir nəvəsi var./publika.az

Xəbər lenti